İmamoğlunun hədəfi prezidentlikdir – Sensasion iddia
İmamoğlunun hədəfi prezidentlikdir – Sensasion iddia
27 Dekabr 2019 15:54 DünyaTürkiyənin "Hürriyət" qəzetinin yazarı Əbdülqadir Səlvi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı sensasion iddia yayıb.
Yazar İmamoğlunun hədəfinin 2023-cü ildə prezidentliyə namizədliyini vermək olduğunu yazıb.
Əbdülqadir Səlvi İmamoğlunun müxalifətin sözçüsü kimi danışdığını qeyd edib: "2023-cü il seçkiləri ilə bağlı planları olanlar "İmamoğlu müxalifətin lideridir" fikirlərini kuluarlarda səsləndirməyə başlayıb. İmamoğlunun da bu, xoşuna gəlib, müxalifətçilik dozasını artırıb".
Yazar Ankarada başqa bir şəxsin adının çəkildiyini vurğulayıb:
"Xatırlayırsınızsa, bir müddət əvvəl prezident seçkiləri ilə bağlı "Əkrəm İmamoğlu, ehtiyatlı olun" demişdim. Bu dəfə Əkrəm İmamoğlu və Abdullah Gülə ehtiyatlı olun deyirəm. Prezident Ərdoğan həmlələrini hələ etməyib. Ərdoğanın həmlələrini görmədən, heç kəs plan qurmasın".