Qəzaya uğrayan hava gəmisinin kapitanı da həlak oldu – Almatıda
Qəzaya uğrayan hava gəmisinin kapitanı da həlak oldu – Almatıda
27 Dekabr 2019 14:50 DünyaQazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Almatıda baş verən təyyarə qəzasında həlak olanlar sırasında hava gəmisinin kapitanı Marat Muratbayev də var.
Olaylar.az xəbər verir ki, bundan əvvəl Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti qəzaya uğrayan təyyarənin kapitanının 1961-ci il təvəllüdlü Marat Muratbayev olması barədə məlumat yaymışdı.
Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin həlak olanlarla bağlı payladığı siyahıda onun da adı qeyd edilib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31