Donald Trampla bağlı növbəti qalmaqal: prezidentin olduğu səhnə filmdən çıxarıldı

Donald Trampla bağlı növbəti qalmaqal: prezidentin olduğu səhnə filmdən çıxarıldı

Hər yeni il ərəfəsində televiziya kanallarında izlədiyimiz ABŞ istehsalı olan "Evdə tək" filmində dəyişikliklər edilib.

Əsl adı "Home Alone 2: Lost in New York" olan filmin bir səhnəsində Kevin (Makaley Kalkin) Trampdan yol soruşur.
Sözügedən səhnənin filmdən çıxarılması ilə bağlı CBC televiziyasının rəsmisi Çak Tompson açıqlama verib və səkkiz dəqiqəlik bir epizodun qaldırıldığını bildirib.
Kanal rəsmisi Trampın olduğu səhnənin çıxarılmasının siyasi məqsəd daşımadığını da vurğulayıb.
Tompson açıqlamada həmin səhnənin çıxarılmasında məqsədin 120 dəqiqəlik filmdə reklamlara yer açmaq olduğunu və bu dəyişikliyin Trampın prezident seçilməsindən əvvəl olduğunu söyləyib.
Dekabrın əvvəlində CBC kanalında yayımlanan filmin yeni versiyası ABŞ prezidentinin siyasi komandasının diqqətini cəlb edib.
Trampın böyük oğlu Donald Tramp Jr. twitter hesabında bununla bağlı paylaşım edərək mövzunu gündəmə gətirib.
Daha sonra prezident Tramp da filmdən həmin səhnəni paylaşaraq "Film bir daha əvvəlki kimi olmayacaq" deyib və sonra bunun sadəcə zarafat olduğunu qeyd edib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31