Rusiya İrəvana “Osa” kompleksi də verdi
Rusiya İrəvana “Osa” kompleksi də verdi
27 Dekabr 2019 13:45 DünyaErmənistan Baş naziri Nikol Paşinyan ölkədəki hərbi hissələrdən birinə səfər edib.
Olaylar.az xəbər verir ki, burada ona yeni Osa-AK zenit raket kompleksləri təqdim edilib.
Qeyd edək ki, bundan öncə Ermənistan Rusiyadan Tor-M2KM kompleksləri əldə etmişdi.
Osa-AK sistemlər 1975-ci ildən bu yana istehsal edilir. Bu komplekslər motoatıcı qüvvələrin müdafiəsi üçün nəzərdə tutulub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31