Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyənin Elazığ bölgəsində 4,9 bal gücündə zəlzələ olub.

Olaylar.az türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin Föqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ 7,02 metr dərinlikdə baş verib. Hadisə ilə əlaqədar Elazığda məktəblər bir günlüyə bağlanıb.

Türkiyənin Boğaziçi Universitetinin Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun açıqlamasında bildirilib ki, yeraltı təkanların mərkəzi Elazığ əyalətinin Sivirce rayonunun Topaluşağı kəndidir. Orada 5,1 bal gücündə zəlzələ olub.

Elazığ valiliyi itki və xəsarət alanın olmadığını bildirib. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31