Turistlər qar uçqununa düşdülər

TURİSTLƏR QAR UÇQUNUNA DÜŞDÜLƏR

İsveçrə və Avstriyada qar uçqunu baş verib.

Qar altında qalan şəxslərin xilas edilməsi üçün böyük miqyaslı əməliyyatlar başlanılıb, axtarışa helikopterlər də cəlb edilib.

İsveçrənin Andermat xizək sahəsində təxminən 20 metr eni, 50 metr uzunluğu olan qar parçası dağdan qoparaq xizək sürən insanların üzərinə düşüb.

İlkin məlumata görə, xəsarət alan iki xizəkçi uçqundan xilas ola bilib.

Dörd yaralı uçqun altından çıxarılıb. Polis daha çox adamın uçqunun altında qaldığını ehtimal edir.

Avstriyanın Tirol şəhər polisi üç ərazidə qar uçqunu barədə xəbər verib.

Xəbərdə bir nəfərin qar altından xilas edildiyi bildirilib.

Hazırda axtarışlar davam etdirilir.

Turistlər qar uçqununa düşdülər -

Turistlər qar uçqununa düşdülər -

Turistlər qar uçqununa düşdülər -

xeber.im

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31