İranda ABŞ istehsalı silahların olduğu avtomobil aşkarlanıb
İranda ABŞ istehsalı silahların olduğu avtomobil aşkarlanıb
27 Dekabr 2019 12:55 Dünyaİran təhlükəsizlik qüvvələrinin əməkdaşları İsfahanda ABŞ istehsalı silahların olduğu avtomobil aşkarlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İsfahan əyalətinin prokuroru Əli İsfahani deyib.
Ə. İsfahani nəqliyyat vasitəsinin İranın qərbindən ölkəyə daxil olduğunu bildirib.
O qeyd edib ki, avtomobildəki silahların böyük əksəriyyəti ABŞ istehsalıdır və silahlar etiraz aksiyalarında istifadə üçün qanunsuz şəkildə ölkəyə gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31