ABŞ senatoru tvit atdı, FETÖ-çü sərbəst buraxıldı

ABŞ senatoru tvit atdı, FETÖ-çü sərbəst buraxıldı

FETÖ terror təşkilatının Bosniya və Hersoqovinadakı imamı sayılan Fateh Kəskin amerikalı senatorun təzyiqlərindən sonra sərbəst buraxılıb.

FETÖ-nün aktiv dəstəkçisi olan amerikalı senator Ed Marki Kəskinin saxlanmasına sərt reaksiya verərək Tvitter səhifəsində paylaşım edib.

O, Bosniyadakı rəsmilərin siyasi məqsədli ekstradisiya tələblərinə dirəniş göstərməli olduğunu vurğulayıb. Nəticədə dekabrın 3-də həbs olunan Fateh Kəskin sərbəst buraxılıb.

FETÖ-cülər Ed Markiyə təşəkkür ediblər.

Xatırladaq ki, amerikalı senator noyabrın 12-də "Türkiyədə insan hüquqları pozuntuları" panelində FETÖ üzvü Enes Kanteri dəvət etmiş və çıxışına icazə vermişdi.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31