İngiltərə rus jurnalistlərə müharibə elan edib
İngiltərə rus jurnalistlərə müharibə elan edib
27 Dekabr 2019 11:42 DünyaEstoniya hökumətinin ölkədəki Sputnikəməkdaşları ilə bağlı araşdırma başladılması qərarının arxasında İngiltərə dayanır.
Bu sözləri Rusiyanın adı açıqlanmayan yüksək səlahiyyətli şəxsi Sputnik-ə açıqlamasında deyib.
"İngiltərə hökuməti son zamanlar Rusiya media quruluşlarına qarşı bir sıra addımlar atıb. Sputnik müxbirini Londonu tərk etmək məcburiyyətində qoydular, bir rusiyalı jurnalistə İngiltərədə iş icazəsi vermədilər, bəzi rusiyalı müxbirlərə tədbirlərdə iştirak etməyə imkan yaratmırlar və fəaliyyətlərini çətinləşdirirlər. Rusiya hakimiyyəti simmetrik addımlar atarkən bu kimi halları da nəzərdən qaçırmayacaq", - deyə mənbə bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Estoniyada basqılara məruz qalan sözügedən saytın əməkdaşlarına dəstək verəcəklərini ifadə etmişdi.
Sputnik media qurumunun rəhbəri Simonyan isə sözügedən əməkdaşların işdən ayrılmayacaqları təqdirdə həbs ediləcəklərini bildirmişdi.
axar.az