Monteneqro parlamentinin binasında gözyaşardıcı qaz tətbiq edilib

Monteneqro parlamentinin binasında gözyaşardıcı qaz tətbiq edilib

Monteneqro parlamentinin iclasında "Din azadlığı haqqında" qanunun qəbulunun müzakirəsi zamanı gözyaşardıcı qaz tətbiq edilib.

TASS xəbər verir ki, bu barədə RTCG telekanalı bildirib.

Məlumata görə, gözyaşardıcı qaz hakim koalisiyanın din azadlığı haqqında qanun layihəsinin dəyişilməz formada son dəfə səsverməyə çıxarılmasından sonra tətbiq olunub.

Müxalifət lideriAndriya Mandiçparlament spikerini iclası dayandırmağa və deputatlara qanun layihəsinə bütün təklifləri müzakirə etməyə imkan verməyə çağırıb. Spikerİvan Brayoviç iclası növbəti günə keçirməkdən və qanun layihəsinin hər düzəlişinə ayrı-ayrılıqda baxmaqdan imtina edib.

Bunun əvəzinə o, səsverməyə səs çoxluluğu ilə qəbul edilməmiş üç düzəlişi çıxarıb. Bundan sonra parlamentin iclasında "texniki səbəblərlə bağlı" fasilə yaranıb, deputatlar iclas zalını tərk ediblər.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31