“Məsuliyyətli olmaq lazımdır” – Lavrov ABŞ-a nüvə silahlarını göstərdi
“Məsuliyyətli olmaq lazımdır” – Lavrov ABŞ-a nüvə silahlarını göstərdi
26 Dekabr 2019 17:38 Dünya"Moskva Vaşinqtonun xoşagəlməz hücumlarına davam edəcəyi təqdirdə buna cavab verəcək".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "TASS"-a verdiyi müsahibədə söyləyib.
"Amerika tərəfi hücumlarına davam edərsə, buna dost olmayan bir şəkildə cavab verməyə davam edəcəyik. Bununla belə, hesab edirik ki, ölkələrimiz və bütün dünya üçün vacib olan problemlərin həllini qeyri-müəyyən müddətə təxirə salmaq düzgün olmaz", - rus nazir qeyd edib.
Lavrov vurğulayıb ki, Rusiya ilə ABŞ arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət qurmaq üçün təkliflər masada qalır:
"Bu, Rusiya və ABŞ-ın ən böyük nüvə gücləri kimi xüsusi məsuliyyət daşıdığı strateji sabitlik mövzusuna da aiddir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31