Fransada Milad ibadəti zamanı 19 nəfər dəm qazından zəhərlənib

Fransada Milad ibadəti zamanı 19 nəfər dəm qazından zəhərlənib

Dekabrın 25-də Fransanın Uaz departamentinin Karlepon şəhərində 19 nəfər dəm qazından zəhərlənib.

AZƏRTAC xəbər verir ki, hadisə Klerponun Sent-Elua kilsəsində Milad ibadəti zamanı baş verib.

Hadisədən sonra kilsədə olan 200-ə yaxın insan təxliyə edilib. Onlardan 19 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31