Asiyanın ən bahalı şirkəti açıqlandı
Asiyanın ən bahalı şirkəti açıqlandı
26 Dekabr 2019 15:24 DünyaÇinin "Alibaba" internet xidmətləri şirkəti kapitalının həcminə görə Asiyada birinci, dünyada isə yeddincidir.
Dekabrın 20-nə olan məlumata görə şirkətin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60 faiz artaraq 570 milyard dollar təşkil edib.
Kapitalının həcminə görə dünyada birinci olan "Saudi Aramco" dekabrın 11-də səhmlərin satışının nəticələrinə əsasən 1,89 trilyon dollar məbləğində qiymətləndirilir. Sonrakı yerləri "Apple" (1,24 trilyon), "Microsoft" (1,2 trilyon), "Gooqle"nin sahibi "Alphabet" (931 milyard), "Amazon" (886 milyard), "Facebook" (588 milyard) tutur.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31