İrina Şeyk Ər-Riyadda kef çəkdi, qızını keçmiş ərinə tapşırdı - FOTO

İrina Şeyk Ər-Riyadda kef çəkdi, qızını keçmiş ərinə tapşırdı - FOTO

33 yaşlı dünya şöhrətli model İrina Şeyk qızı Leya de Syen Şeyk Kuper ilə Nyu-York küçələrində görüntülənib.

Supermodel iki yaşlı qızı ilə gəzintiyə çıxdığı zaman paparassilərin obyektivinə tuş gəlib.

İrina Ər-Riyad şəhərində olduğu zaman uşağa 44 yaşlı keçmiş əri Bredli Kuper baxıb. Bir neçə həftə öncə isə ata və qızı birlikdə küçədə gəzərkən fotoqrafların obyektivinə yaxalanıblar.

Model ilə boşanandan sonra Bred qızını daha çox görmək üçün Nyu-Yorka köçüb. Köhnə sevgililər Leyanı birlikdə böyüdür, növbə ilə onunla vaxt keçirirlər.

Qeyd edək ki, cazibədar modelin Ər-Riyadda keçirilən musiqi festivalına qatılması sosial media əhli tərəfindən qınaqla qarşılanıb. Media nümayəndələri musiqi festivalını dünyanın diqqətindən yayındıran qara pərdə ilə müqayisə edib:

"Qadınlara, jurnalistlərə və LGBT nümayəndələrinə qarşı edilən cinayətlər".

OXU.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31