Rusiyalı model Ronaldu ilə yazışmasından danışdı
RUSİYALI MODEL RONALDU İLƏ YAZIŞMASINDAN DANIŞDI
26 Dekabr 2019 13:18 DünyaTanınmış rusiyalı model Viktoriya Odinsova bildirib ki, Kriştianu Ronaldunun diqqətindən imtina edib.
"Makarena" "YouTube" kanalına müsahibə verən model ulduz futbolçu barədə bəzi maraqlı məqamları açıqlayıb.
"Ronaldu mənim fotolarıma bəyənmə qoyurdu. Bir neçə dəfə şəxsidə "salam, işlərin necədir?" yazıb. Mesaja cavab vermədən sildim. Mənə elə gəlir ki, o, hamıya eyni məzmunda mesajlar göndərir. Bu, mənə maraqlı gəlmir. Çox qızlara qarmaq atıb, kimlərsə ora düşüb. Mən isə fikir vermədim. Onun yazdığı qızları da tanıyıram... Çoxdan olub".
Rusiyalı gözəl braziliyalı Neymarla əlaqələrindən də danışıb. O bildirib ki, Neymarla əlaqə saxlayır:
"Düşünürəm ki, Neymar adekvat adamdır. "Instagram"da yazışırıq".
xeber.im