Netanyahu səhnədən birbaşa sığınacağa təxliyyə edildi
NETANYAHU SƏHNƏDƏN BİRBAŞA SIĞINACAĞA TƏXLİYYƏ EDİLDİ
26 Dekabr 2019 13:14 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından ölkə istiqamətinə raket buraxılışının həyata keçirilməsi nəticəsində Aşkelon şəhərində yerləşən sığınacağa təxliyyə olunub.
"Times of Israel"in məlumatına görə, Netanyahu sözügedən şəhərə partiyasının seçkiqabağı mitinqi ilə bağlı yollanıb.
Baş nazir birbaşa olaraq səhnədən təxliyyə edilib.
İsrail ordusu ölkə istiqamətində buraxılan raketin zərərsizləşdirildiyini açıqlayıb.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31