General Xəlil Arslanovun əmlakına həbs qoyuldu
General Xəlil Arslanovun əmlakına həbs qoyuldu
26 Dekabr 2019 12:03 DünyaRusiya məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-polkovnik Xəlil Arslanovun əmlakına həbs qoyub.
Bu məlumatı TASS agentliyi yayıb. Həbsin Arslanovun bir neçə milyon rublluq torpaq mülkləri və daşınmaz əmlakına qoyulduğu vurğulanıb.
Arslanov qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, bundan öncə Arslanov fırıldaqçılıqda ittiham olunub. Onun ordu üçün məxfi operativ-texniki texnikanı şişirdilmiş qiymətlərlə aldığı müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31