Bəşər Əsəd ruslarla Aralıq dənizinə çıxdı - Şok
Bəşər Əsəd ruslarla Aralıq dənizinə çıxdı - Şok
26 Dekabr 2019 11:15 DünyaAralıq dənizində müşahidə olunan gərgin oyunların daha bir iştirakçısı meydana atılıb.
Bu dəfə Suriya rejimi Rusiya ilə birlikdə Aralıq dənizində qaz və neft axtarışına başladığını elan edib.
Livanın "Əl-Meydan" televiziya kanalına danışan Bəşər Əsədin sözçüsü Buseyna Şaban bəyan edib ki, Suriya rus şirkətlərlə birlikdə Aralıq dənizində neft-qaz axtarışına başlayb: "Bunu ilk dəfə deyirəm. Suriya hakimiyyəti bu mərhələyə hazırlıq işlərinə bir neçə il əvvəl start verib".
Xatırladaq ki, hazırda Aralıq dənizində Yunanıstan, yunan Kipri, İsrail, Misir, Liviya, Fransa və digər ölkələr neft-qaz axtarışı həyata keçirir. Türkiyə və Şimali Kipr Türk Respublikası da artıq prosesə qoşulub. Eyni zamanda Türkiyə ilə Liviya bu istiqamətdə əməkdaşlıq sazişi imzalayıb.
İndi Rusiyanın Suriya vasitəsilə Aralıq dənizində işlərə başlaması əlavə gərginlik yaradır.
Aralıq dənizində ABŞ-ın VI donanması mövcuddur.