Ərdoğan bu ölkə ilə kritik hərbi sazişi təsdiqlədi

Ərdoğan bu ölkə ilə kritik hərbi sazişi təsdiqlədi

Ankara Liviya Milli Razılıq Hökuməti ilə imzaladığı hərbi əməkdaşlıq haqqında memorandumu təsdiqləyib.

Bu barədə qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Şənbə günü Türkiyə parlamenti bu memorandumu ratifikasiya etmişdi.

Qeyd edək ki, Ərdoğan Liviya Milli Razılıq Hökumətinin Türkiyəyə müraciət edəcəyi halda Liviyaya ordu göndərəcəklərini bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31