Türkiyə də Gürcüstana hərbi yardım ayırdı

Türkiyə də Gürcüstana hərbi yardım ayırdı

Türkiyə hərbi əməkdaşlıq haqqında razılaşma çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinə 17 milyon dollar qrant ayıracaq.

Bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Nazirlik tərəflər arasında hərbi əməkdaşlıq haqqında müqavilənin Ankarada İrakli Qaribaşvili ilə Hulusi Akar arasında imzalandığını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın gələn il Gürcüstana 132 milyon dollar hərbi yardım ayıracağı bildirilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31