Ərdoğan Liviyaya qəfil səfər etdi

Ərdoğan Liviyaya qəfil səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyada tez bir zamanda atəşkəsə ehtiyac olduğunu bildirib.

Prezident bunu Liviyaya qəfil səfəri zamanı deyib.

O vurğulayıb ki, Liviyada baş verənlər yalnız ölkəyə təsir göstərmir: "Başda Tunis olmaqla qonşu ölkələr ciddi şəkildə zərər çəkir. Liviyadakı stabilliyin bərpasında Tunisin böyük rol oynayacağına əminəm. Liviyada atəşkəsin təmin edilməsi istiqamətində atdığımız addımlar və həyata keçirdiyimiz əməkdaşlığı davam etdirəcəyik. Aralıq dənizi məsələsində Liviya ilə hər hansı münasibəti olmayanların nə işi var. Yunanıstanın burada söz sahibi olması müzakirə mövzusu deyil".

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31