Bəşiri devirən hərbçilər Haftarın ordusuna qoşuldu - Şok gəlişmə
Bəşiri devirən hərbçilər Haftarın ordusuna qoşuldu - Şok gəlişmə
25 Dekabr 2019 17:29 Dünya"The Guardian" qəzeti minlərlə sudanlı muzdlu hərbçinin Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftarın ordusuna qoşulduğu barədə məlumat yayıb.
Sudanlı döyüşçülərin Haftarın Liviyanın beynəlxalq səviyyədə tanınan Milli Barışıq Hökumətinə qarşı savaşına cəlb edildiyi bildirilir.
Nəşrin yazdığına görə, Sudandan gələn muzdlu hərbçi dalğası Liviyada vəziyyəti daha da gərginləşdirəcək, tərəflər arasındakı qarşıdurmanı artıracaq, hətta bölgədəki sabitliyi aradan qalxacaq, məsələ beynəlxalq müharibəyə qədər gəlib çıxa bilər.
Liviyanın cənubunda yerləşən sudanlı hərbçilərin komandirlərindən biri bu qədər döyüşçünü qəbul etmək gücündə olmadıqlarını deyib: "Çoxlu sayda gənclər gəlir, hazırda Liviyada azı 3 min sudanlı milis var".
Muzdlu əsgərlərin çoxunun Sudanda Ömər əl-Bəşir əleyhinə vuruşduqları, bəzilərinin isə Darfur bölgəsindəki müharibədə iştirak etdiyi üzə çıxıb.
