Geyləri qoruyan səfir geri çağırıldı
Geyləri qoruyan səfir geri çağırıldı
25 Dekabr 2019 17:06 DünyaABŞ-ın Zambiyadakı səfiri geylərin hüquqlarını müdafiə etdiyinə görə geri çağırılıb.
"The New York Times" xəbər verir ki, diplomat Deniel Fut yerli hakimiyyəti gey cütlüyün həbsinə görə tənqid etməsindən sonra öz səlahiyyətlərinin icrasını dayandırıb.
Məlumata görə, Futun tənqidi Zambiya hakimiyyətinin qəzəbinə səbəb olub. Ölkə başçısı Edqar Lunqu diplomatı ölkəsində görmək istəmədiyini açıqlayıb. O, hətta 500 milyon dollarlıq ABŞ yardımından məhrum olmaqdan da qorxmadığını qeyd edib.
"Cənab Fut bundan sonra öz vəzifəsini icra edə bilməz", - ABŞ Dövlət Departamentindən bildirilib.
Deniel Futun Zambiya tərəfindən arzuolunmaz şəxs elan edilməyə yaxın olduğu qeyd olunur.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31