Almaniya köməksiz uşaqlara üz çevirdi

Almaniya köməksiz uşaqlara üz çevirdi

Avropa İttifaqının bütün Avropa ölkələrinə etdiyi "himayəyə ehtiyacı olan uşaqları qəbul edin" çağırışı Avropada mübahisə mövzusu olub.

Olaylar.azxəbər verir ki, Almaniya bu məsələyə müsbət baxmır.

Nazirlər Kabinetinin nümayəndəsi Ulrike Demmer həftəlik brifinqdə mövzu ilə əlaqədar bunları deyib: "Məsələnin həll yolunu axtarırıq. Almaniya bunu təkbaşına edə bilməz".

Spiker 5 min 276 uşaqdan 3 mininin hələ də qaçqın düşərgəsinə yerləşdirilə bilmədiyindən şikayətlənərək, vəziyyətin dəhşətli olduğunu ifadə edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31