PKK terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir - 14 sivil yaralandı
PKK terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir - 14 sivil yaralandı
25 Dekabr 2019 16:32 Dünya"Sülh çeşməsi" əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir.
Olaylar.az bildirir ki, əli qanlı terror təşkilatı PKK/YPG "Fərat qalxanı" əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər. Hadisə nəticəsində dördü ağır olmaqla, aralarında uşaqların da olduğu 14 sivil yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31