Hərbi bazaya hücum: əsgərlərə raket atıldı
Hərbi bazaya hücum: əsgərlərə raket atıldı
6 Dekabr 2019 14:26 DünyaABŞ-ın İraqdakı hərbi bazasına hücum edilib.
Olaylar.az xəbər verir ki, Səlahəddin vilayətində yerləşən "Bələd" hərbi bazasına iki ədəd "Katyuşa" raketi atılıb.
Bu barədə İraq Təhlükəsizlik Şəbəkəsi Mediası məlumat yayıb. Hərbçilər hücumdan zərər çəkməyib.
Qeyd edək ki, iki gün əvvəl ABŞ əsgərlərinin məskunlaşdığı "Eyn-ül Əsəd" hərbi bazasına da raket atılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31