Əfqanıstanda toqquşmalar: 10 polis qətlə yetirildi

Əfqanıstanda toqquşmalar: 10 polis qətlə yetirildi

Əfqanıstanın Kunduz əyalətində Taliban radikal qruplaşmasının döyüşçüləri ilə toqquşmalar nəticəsində azı 10 polis əməkdaşı həlak olub.

Olaylar.az  xəbər verir ki, bu məlumatı təhlükəsizlik qüvvələrinə istinadən "Tolo Nyus" telekanalı yayıb.

Toqquşmalar Taliban döyüşçülərinin iki polis nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı baş verib.

"Azı 10 polis əməkdaşı, o cümlədən polis rəisi Mohammad Zahir qətlə yetirilib", - deyə mənbə qeyd edir.

Məlumata əsasən, qarşıdurma zamanı üç Taliban döyüşçüsü öldürülüb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31