Qardaş ölkədə DƏHŞƏT YAŞANDI: 23 ölü, 100-dək yaralı

Qardaş ölkədə DƏHŞƏT YAŞANDI: 23 ölü, 100-dək yaralı

Pakistanın Sind əyalətində ildırım vurması nəticəsində azı 23 nəfər həyatını itirib.

Ölənlər arasında uşaq və qadınlar da var. Məlumata görə, təbii fəlakət zamanı 100-ə qədər insan xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, şiddətli yağışlarla müşahidə olunan ildırım düşməsi zamanı meşəlik ərazidə güclü yanğın baş verib. Nəticədə, yüzlərlə heyvan tələf olub. Yerli dairələr bölgədə təcili vəziyyət elan edərək, bütün iş yerlərinin müvəqqəti bağlanması barədə göstəriş verib.

Sakinlərə vacib olmadıqca iş yerlərini tərk etməmək tövsiyə edilib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31