ABŞ Rusiyaya buna görə 4 milyard ödədi
ABŞ Rusiyaya buna görə 4 milyard ödədi
15 Noyabr 2019 15:49 DünyaABŞ astronavtlarının Rusiyanın "Soyuz" gəmilərində daşınması üçün 4 milyard dollara yaxın vəsait xərcləyib.
Bu barədə NASA-nın Baş inspektoru Pol Martinin hesabatında deyilib.
"NASA 2019-cu ilin iyulunda "Soyuz" gəmilərində amerikalı və tərəfdaş ölkələrin astronavtlarının stansiyaya və Yerə çatdırılması üçün dəyəri 3.9 milyard dollar olan 70 yer alıb", - hesabatda deyilib.
Bununla belə hesabatda qeyd edilib ki, son 20 ildə Rusiyanın "Soyuz" gəmilərinin və ABŞ-ın "Speys Şatl"larının beynəlxalq kosmik stansiyaya 85 idarə olunan uçuşu həyata keçirilib. 239 astronavt və kosmonavt stansiyada olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31