Selfi sevgisi daha bir turisti öldürdü
Selfi sevgisi daha bir turisti öldürdü
15 Noyabr 2019 15:03 DünyaTaylandda fransız turist selfi çəkərkən ölüb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı turist Namuanq-2 şəlaləsinin təhlükəli hissəsində selfi çəkərkən, ayağı büdrəyib və yüksəklikdən yıxılıb.
Şəlalənin aşağısı sürüşkən olduğundan, xilasedicilərin turistin cəsədini çıxarmaları bir neçə saat çəkib.
Xatırladaq ki, iyul ayında eyni yerdən ispan turist də selfi çəkdiyi zaman yıxılaraq ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31