Şeremetyeva aeroportunda təyyarələr qəza törətdi

Şeremetyeva aeroportunda təyyarələr qəza törətdi

Adı tez-tez təyyarə qəzaları ilə çəkilən Moskvanın Şeremetyevo aeroportunda bu dəfə iki təyyarə toqquşub.

Olaylar.az bildirir ki, bu barədə "TASS" məlumat yayıb.

Minskdən gələn A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarə ilə toqquşub.

Qəza anı təyyarənin göyərtəsində 42 nəfəri olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hazırda fövqəladə hadisə araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31