ABŞ qoşunlarını Kobanidən tam çıxarıb
ABŞ qoşunlarını Kobanidən tam çıxarıb
14 Noyabr 2019 16:39 DünyaAmerika Birləşmiş Ştatları bütün hərbi birləşmələrini Suriyanın Türkiyə ilə qonşuluğunda yerləşən şimali-şərq sərhədindən, Eyn əl Ərəb (Kobani) şəhərindən tam çıxarıb.
Bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.
Xatırladaq ki, 7 noyabrda ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Komitəsinin rəhbəri Ulyam Beri bəyan etmişdi ki, ABŞ hərbiçilərinin önəmli hissəsi artıq Kobanini tərk edib.
Oktyabrın ortalarında isə Pentaqon başçısı Mark Esper bildirmişdi ki, ABŞ Türkiyə bölgədə hərbi əməliyyatlara başladığına görə minə yaxın hərbiçisini bu ərazilərdən çıxarır.
Oktyabrın 16-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Kobanidən, həmçinin Rakka və Tabkdan bütün əsgərlərini çıxartdığını və hərbi bazasını ləğv etdiyini açıqlamışdı.
apa.az