Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq
14 Noyabr 2019 15:22 DünyaRusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq.
Pilot layihəsində reallaşdırılacaq bankomatlara xüsusi kameralar quraşdırılacaq.
Müştəri bu bankomatlardan pul çıxarmaq üçün kart və ya mobil telefona ehtiyac duymayacaq.
Banklar bu layihə çərçivəsində həm yeni bankomatlar quraşdıra, həm də mövcud bankomatları yeni avadanlıqla təchiz edə bilər.
Bundan başqa, Rusiyada bəzi fitnes klublarında üz tanıma funksiyası işə salınacaq. Hazırda bu layihədə Moskva, Barnaul və Surqutda bir sıra fitnes klublar iştirak edir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31