İsrail Dəməşqə və Qəzzaya aviazərbələr endirib- ölənlər var

İsrail eyni zamanda Dəməşqə və Qəzzaya aviazərbələr endirib, ölənlər var

"Səraya əl-Qüds" İsrailə sərt cavab verəcəyini bildirib...

İsrail eyni zamanda Dəməşqin əl-Mizzə rayonunu və Qəzzanı şiddətli hava zərbələrilə hədəfə alıb.

Qəzzanın əl-Mizzə rayonunda Livan səfirliyi yaxınlığında bir mənzilə endirilən hava zərbələri nəticəsində 2 nəfər həlak olub və 6 nəfər yaralanıb.

Məlumata görə burada Fələstinin "İslami Cihad Hərəkatı"nın komandirlərindən biri Əkrəm əl-Əcurinin evi hədəfə alınıb.

Qəzzada isə Fələstinin "İslami Cihad Hərəkatı"nın hərbi qanadı "Səraya əl-Qüds" briqadasının komandirlərindən olan Bəha Əbul-Əta və həyat yoldaşı həyatını itirib.

"Səraya əl-Qüds" İsrailə sərt cavab verəcəyini bildirib.

INTERAZTV.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31