Rusiyanın bu bölgəsində kişilər qadınlardan daha çoxdur – Fakt
Rusiyanın bu bölgəsində kişilər qadınlardan daha çoxdur – Fakt
9 Noyabr 2019 21:14 DünyaÇukot muxtar dairəsi Rusiyanın kişlilərin qadınlardan daha çox olduğu yeganə bölgəsidir.
Bu barədə "Rossiyskaya qazeta" Rusiya Dövlət Federal Statistika Xidmətinə istinadən xəbər yayıb.
Bununla belə burada kişi əhalinin üstünlüyü minimaldır - 49,89 faiz qadınlarla müqayisədə 50,11 faiz.
Kişilərin sayının demək olar ki, qadınların sayına bərabər olduğu bölgələr Yamal-Nen muxtar dairəsi (49,57 faiz), Kamçatka diyarı (49,57 faiz), Çeçenistan (49,06 faiz) və Xantı-Mansiysk muxtar dairəsidir (49 faiz).
Digər bölgələrdə kişi və qadın əhali arasındakı fərq beş faizdən çoxdur. Ən az kişi Novqorod vilayətində (44,88 faiz), Sankt-Peterburqda (44,86 faiz), Tula vilayətində (44,83 faiz), İnquşetiyada (44,74 faiz), İvanovo (44,69 faiz) və Yaroslavl vilayətlərində (44,65 faiz) yaşayır.