İraqda etirazlarda 269 nəfər ölüb – BMT
9 Noyabr 2019 13:06 Dünyaİraqdakı etirazlarda 269 nəfər ölüb.
Bu barədə məlumatı BMT-nin İnsan Haqları Ali Komissarlığının rəsmi nümayəndəsi yayıb.
"Biz polisin nümayişçilərə qarşı güc tətbiqi nəticəsində yaranan ölü və yaralılar haqqında davam edən məlumatlardan ciddi şəkildə narahatıq. 1 oktyabrdan etibarən etiraz aksiyaları zamanı 269 ölüm faktı qeyd alınıb. Ümumilikdə 8 min nəfər nümayişçi, o cümlədən İraq təhlükəsizlik qüvvələri nümayəndələri yaralanıb", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31