Məzar dağıdılaraq içərisinə ölü toyuqlar atıldı... -RƏZALƏT

Məzar dağıdılaraq içərisinə ölü toyuqlar atıldı...-RƏZALƏT

ABŞ-ın Konnektikut ştatının Hartford şəhərindəki yəhudi qəbiristanlığında qəbir qazma işçisi qəbirlərin birində iki ölü toyuq tapılması barədə polisə məlumat verib.

Qəbiristanlığı idarə edən ortodoks icmasının prezidenti Aqudas Acim hadisə barədə polisə məlumat verdiklərini söyləyib. Qəbir qazan Tommi Valentin "NBC" müxbirinə bildirib ki, qəbirlərdən birinə yaxınlaşdıqda onun dağıdılaraq su ilə doldurulduğunu görüb. Fəhlənin sözlərinə görə, suyun içində iki ölü toyuq da olub.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31