Dünyaca məşhur modelyer vəfat edib

Dünyaca məşhur modelyer vəfat etdi

"Louis Vuitton" dəb evinin təsisçisinin nəticəsi, dünyaca məşhur modelyer Patrik-Lui Vitton 68 yaşında Fransada vəfat edib. Bu barədə "RT" dəb evinin mətbuat xidmətinə istinadən xəbər verib.

Mərhumun ən sevimli ifadəsi "Sənətkarlığın sirləri yalnız ötürüldükdə yaşaya bilər" idi.

Patrik-Lui Vitton ailə işini davam etdirmişdi. Əvvəlcə o, 1973-cü ildə atelyenin tamhüquqlu üzvü olmuş, daha sonra isə dəb evində sandıq dizayneri kimi işə başlamış və şöhrət qazanmışdı.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31