Almaniyada şaxtada partlayış oldu: xəsarət alanlar var
Almaniyada şaxtada partlayış oldu: xəsarət alanlar var
8 Noyabr 2019 15:47 DünyaAlmaniyada şaxtada baş vermiş partlayışın təfərrüatı məlum olub.
Almaniya mediasına istinadən verilən xəbərə görə, partlayış Saksoniya-Anhalt federal torpağında yerləşən mədəndə qeydə alınıb.
Qəza zamanı şaxtada 38 nəfər olub. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Əvvəlcə insanların ətraf aləmdən təcrid olunduğu deyilsə də, onlar təhlükəsiz yeraltı sığınacaqlara yerləşdirilib.
Hadisə yerində xilasedicilər çalışır.
Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31