Qırğızıstanda kafedə ard-arda bir neçə partlayış olub- ölən və xəsarət alanlar var
Qırğızıstanda kafedə ard-arda bir neçə partlayış olub, ölən və xəsarət alanlar var
8 Noyabr 2019 14:34 DünyaQırğızıstanın paytaxtı Bişkekdə yerləşən kafedə bu gün yanğınla müşayiət olunan üç ardıcıl partlayış baş verib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər xəsarət alıb. Xəsarət alanların arasında uşaqların da olduğu bildirilir.
Partlayışa qaz balonunun səbəb olduğu ehtimal edilir.
Yanğın lokallaşdırılıb, faktla bağlı araşdırma aparılır.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31