Türkiyədə elektron siqaretlər qadağan ediləcək

Türkiyədə elektron siqaretlər qadağan ediləcək

Türkiyə höküməti elektron siqaretlərin satışına və idxalına qadağa qoymaq niyyətindədir. Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanun üzərində çalışırıq", - mənbə nazirin sözlərini sitat gətirir.

Qoca əlavə edib ki, məsələyə ölkə parlamentində baxılacaq.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31