Kralın ölümü vəliəhdin sonu olacaq?
3 Oktyabr 2019 17:32 DünyaSəudiyyə Ərəbistanının "Aramko" şirkətinə təşkil olunan hücumdan sonra vəliəhd Məhəmməd bin Salmanın kral ailəsindəki nüfuzu kəskin şəkildə aşağı düşüb.
Olaylar.az xəbər verir ki, 10 minə yaxın üzvü olan kral ailəsində vəliəhdin gələcəyi ilə bağlı fikirlər iki yerə bölünüb.
Kral ailəsi üzvlərinin böyük əksəriyyəti Məhəmməd bin Salmanın dövləti idarə edə bilməyəcəyinə inansa da, Səudiyyə kralının yaşadığı müddətdə onun üçün çətinliklərin peyda olmayacağına əmindir.
Vəliəhdin kralın ölümündən sonrakı taleyi isə onun əmisi ilə əlaqəlidir. Belə ki, kralın qardaşı Əhməd bin Əbdüləziz hazırda vəliəhdin taxtına ən böyük və nüfuzlu rəqib kimi nəzərə çarpır. Şahzadə Əhmədin həmçinin kral ailəsi tərəfindən də dəstəkləndiyi qeyd olunur.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31