“Britaniya müharibə vəziyyətindədir” – General Karter

“Britaniya müharibə vəziyyətindədir” – General Karter

Rusiya və digər dövlətlərin kiberhücumları səbəbilə, Böyük Britaniya daim müharibə vəziyyətində yaşamalı olur. Bu barədə Müdafiə Qərargahının rəisi, general Nikolas Karter bəyan edib ("Daily Telegraph").

"Hamısı ona görədir ki, böyük güclərin rəqabəti və qeyri-hökumət strukturları ilə ideyaların mübarizəsi bizi hər gün təhdid edir" - deyə, Karter bildirib və əlavə edib ki, əsas təhlükə Rusiya və Çin ərazilərindən qaynaqlanır.

O, qeyd edib ki, Böyük Britaniya düşmənlərin fəaliyyətini cavabsız qoymayacaq.

Bundan əvvəl Vaşinqton və London artıq Kremli kiberhücumlarda günahlandırıb.

AzPolitika.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31