Türkiyədə zirehli hərbi avtomobil aşdı - Yaralılar var

Türkiyədə zirehli hərbi avtomobil aşdı - Yaralılar var

Türkiyənin Suriya ilə sərhədində Hatay vilayətində zirehli hərbi avtomobil aşıb.

Qəza nəticəsində 7 hərbçi yaralanıb. Yaralılardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı başqa detallar açıqlanmır.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31