Almaniya müdafiə naziri istefaya gedir
Almaniya müdafiə naziri istefaya gedir
16 İyul 2019 10:08 DünyaAlmaniya Müdafiə naziri Ursula fon der Lyayen istefaya gedəcəyini açıqlayıb.
Lyayen Avropa Parlamentində Avropa Komissiyasının sədri vəzifəsinə seçilməsiylə bağlı səsvermənin nəticəsindən asılı olmayaraq nazir vəzifəsini tərk edəcəyini deyib.
"Səsvermənin nəticələrindən asılı olmayaraq, mən çərşənbə günü istefaya gedəcəyəm. Bütün gücümü Avropanın xidmətinə yönəltmək fikrindəyəm" , - deyə o bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31