Pakistanda sel 2 məscidi dağıtdı: 22 ölü
Pakistanda sel 2 məscidi dağıtdı: 22 ölü
15 İyul 2019 17:48 DünyaPakistanın Kəşmir regionunda daşqınlar baş verib.
Təbii fəlakət nəticəsində 22 nəfər həlak olub.
Ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinin direktoru Səid ur-Rəhmanın sözlərinə görə, daşqınlar nəticəsində 150-dən çox ev və 2 məscid dağılıb.
Hazırda dağılmış evlərdə təhlükədə qalan insanların təxliyə edilməsi üçün iş aparılır. Yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün hökumət düşərgələr təşkil edib.
Qeyd edək ki, son günlər Pakistanda yağan aramsız yağışlar daşqın və sürüşmələrə səbəb olub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31