Rusiyada “siçan qızdırması” tüğyan edir: yüzlərlə insan yoluxub

Rusiyada “siçan qızdırması” tüğyan edir: yüzlərlə insan yoluxub

Rusiyanın Saratov şəhərində yerli əhali arasında  böyrək sindromu ilə hemorragik qızdırma infeksiyası yayılıb.

Yerli əhalinin "siçan qızdırması" adlandırdığı bu infeksiyaya 850 adamın yoluxduğu bildirilir.

Xəstəliyin əsas daşıyıcısı gəmiricilər, xüsusilə də siçanlar olduğu üçün yerli əhali tərəfindən bu şəkildə adlandırılır.

Ekoloq Olqa Abrosimova təsdiqləyir ki, xəstəliyin kəskinləşməsi siçanların artan populyasiyası ilə müşayiət olunur. Bu da öz növbəsində qışda hökm sürən sərt hava şərtləri ilə əlaqədardır. Qalın qar örtüyü siçanabənzər gəmiricilərin artımı üçün münbit şərait yaradıb.

Həkimlərin bildirdiyinə görə, xəstəlik ağır keçir, yüksək hərarət, ürək bulanması, zəiflik və əzələ ağrıları ilə müşayiət olunur.

Həmçinin xəstəliyin ilkin əlamətləri kəskin dövrün keçməsindən sonra da qala bilir. Tez-tez ağızda quruluq və əllərin keyləşməsi baş verir.

Siçan qızdırmasından sonra orqanizm gec bərpa olunur. Həkimlər məsləhət görürlər ki, il ərzində böyrəklər güclü nəzarətdə saxlanılmalı və vaxtlı-vaxtında analizlər verilməlidir.

Bölgədəki vəziyyəti Saratov vilayət başçısı Valeri Radayev öz nəzarətinə götürdüyünü bildirib.

Yerli mətbuatın verdiyi məlumata görə, infeksiyaya yoluxan 850 sakindən 150-si xəstəxanada həkim müşahidəsində müalicə olunur, bir nəfər qadının isə öldüyü bildirilir.

Musavat

753de0924d651b8242d028064f0eaa88.jpg (231 KB)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31