Azərbaycanlı Rusiyada miqrasiya qanununu pozdu - Müəmmalı şəkildə öldü
Azərbaycanlı Rusiyada miqrasiya qanununu pozdu - Müəmmalı şəkildə öldü
15 İyul 2019 15:59 DünyaRusiyanın Naberejnıe Çelnı şəhərində Daxili İşlər Nazirliyi yanında Əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində 55 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb.
Bunu yerli İstintaq şöbəsinin müdir müavini İldar Şakirov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı ölümündən əvvəl qarın nahiyəsindəki ağrılardan şikayətlənib.
Azərbaycanlının ölüm səbəbi məhkəmə-tibbi ekspertizası aparıldıqdan sonra məlum olacaq. O, miqrasiya qanunvericiliyini pozduğuna görə mərkəzdə saxlanılırdı.
Fakt üzrə təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31