Almatı işıqsız qaldı, həyat iflic oldu
Almatı işıqsız qaldı, həyat iflic oldu
15 İyul 2019 15:55 DünyaQazaxıstanın Almatı şəhəri işıqsız qalıb və nəticədə, şəhərdə həyat, demək olar ki, iflic olub.
"Zakon.kz" xəbər verir ki, şəhərətrafı bölgələrdə də işıq kəsilib.
Yerli polisin məlumatına görə, işıqforlar işləmədiyi üçün yol hərəkətinin tənzimlənməsi məqsədilə təxminən 400 polis yollara nəzarət edir.
Hadisəyə səbəb isə yüksək gərginlikli elektrik xəttində baş vermiş qəzadır. Enerjinin verilişi 2-3 saat ərzində mərhələli şəkildə bərpa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31