“Ərdoğan məxfi məlumatları Putinə verdi” – Sensasion iddia

“Ərdoğan məxfi məlumatları Putinə verdi” – Sensasion iddia

"Rus "S-400"-lərinin Türkiyəyə təslim edilməsi və Türkiyədə rusiyalı mütəxəssislər tərəfindən yerləşdirilməsi Prezident Putinin qələbəsidir".

Olaylar.az  xəbər verir ki, bunu alman politoloq Tomas Eger deyib.

Egerə görə, sistemlərin Ankaraya çatdırılması Putinin beynəlxalq nüfuzuna müsbət təsir edib:

"Əlbəttə, gizli hərbi məlumatlara çıxış əldə etmək Rusiyanın təhlükəsizlik orqanları üçün önəmli bir avanatajdır. Türkiyə və Rusiya arasındakı hərbi müttəfiqlik beynəlxalq ictimaiyyət üçün yeni bir gəlişmədir".

Politoloq qeyd edib ki, Prezident Donald Trampın elan etdiyi sanksiyalar gələn həftə tətbiq edilə bilər: "Bu, baş versə, ABŞ və Türkiyə arasındakı gərginlik daha da genişlənəcək. Gərginlik bir qədər də böyüsə, Türkiyə NATO-dan çəkilə bilər. Bu, hərbi alyans üçün böyük geostrateji itki olacaq".

teleqraf

Putinə "uçmağı" öyrədən pilot helikopter qəzasında öldü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31